Estafet - Belarus yazıçının hekayəsi
Görkəmli Belarus yazıçısı Vasil Bıkov (1924-2003) Vitebsk Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsində oxuyub, sonra Saratov Piyada Məktəbini bitirib, Böyük Vətən Müharibəsinin iştirakçısı kimi Avropanın bir çox ölkələrini dolaşıb.
Vasil Bıkov yaradıcılığa 1947-ci ildə ordudan tərxis olunandan sonra başlayıb. O, Belarus Yazıçılar İttifaqında məsul vəzifələrdə çalışıb, 1997-ci ildən isə ölkəsindən kənarda yaşayıb. “Üçüncü raket”, “Alp balladası”, “Ölülər ağrımırlar”, “Sotnikov”, “Obelisk”, “Dan yerinəcən yaşamalı”, “Gedib qayıtmamalı” povestləri çox böyük şöhrət qazanıb, bir çox xarici dillərdə çap olunub.
Yazıçı Ədəbiyyat Portalı Nəriman Əbdülrəhmanlının tərcüməsində yazıçının "Estafet" hekayəsini təqdim edir.
O, qəlpələrlə dəlik-deşik olmuş ağ evciyin - dünənki “oriyentir üç”ün cəmi-cümlətanı bir neçə addımlığında, hasarlanmış dirriyin yumşaq torpağı üzərinə yıxıldı. Gimnastyorkasının yaxasını cırıb, bu başgicəlləndirici aprel səhərinin lap əvvəlindən arıların vızıldadıqları, uçuşduqları canlı arakəsmənin arasından çıxmazdan əvvəl kənardakı evlərə doğru qaçan adamların seyrək cərgəsini tələm-tələsik nəzərdən keçirib əllərini yellədi, atəş səsləri arasından qışqırdı:
- Sol tərəfi, kirxanı götürün!!!
Sonra əyildi, başıyla havanı yardı, pistoleti atıb sifətini isti və yumşaq torpağa söykədi.
Serjant Lemeşenko bu zaman avtomatını yelləyə-yelləyə, yorğun halda çəpərin tikanlı, səliqəylə daranmış yaşıl divarının dibiylə yorturdu, az qala özünün yerə sərələnmiş bölük komandirinin üstünə çıxacaqdı. Əvvəlcə təəccübləndi ki, yəqin, elə-belə, təsadüfən toqquşub, sonra hər şey ona aydın oldu. Leytenant sarı saçlı başını torpağa dayayıb, sol ayağını altına yığıb, sağ ayağını uzadıb həmişəlik donub qalmışdı, bir neçə arı narahat halda onun tərpənməyən, tərləmiş kürəyi üzərində uçuşurdul. Lemeşenko dayanmadı, yalnız əsəbi halda dodaqlarını dartdı, komandaya səs verib qışqırdı:
- Bölük sol tərəfə götür! Kirxaya! Ey, kirxaya!!!
Amma o bölüyü görmürdü, artıq iyirmiyə yaxın avtomatçı hasarlara, bağlara, tikililərə çatmış, get-gedə şiddətlənən döyüş qurultusu içərisində itib-batmışdı. Serjantdan sol tərəfdə, qonşu həyətdə, daldalanacağın arxasında, pulemyotçu Natucnının yorğunluqdan bozarmış sifəti göründü, geri tərəfindəsə gənc, kürən Tarasov gözə dəyib yox oldu. Onun bölməsinin qalan döyüşçüləri görünmürdülər, amma hərdənbir avtomatları şaqqıldadığına görə, Lemeşenko hiss eləyirdi ki, hardasa yaxındadılar. Serjant pulemyotunu hazır tutub qaça-qaça, tozlu çəkmələriylə sınmış şüşələri və damdan tökülmüş kirəmidləri xırçıldada-xırçıldada hərlənib keçdi. Onun qəlbində ölmüş komandirlə bağlı kədər korun-korun alışırdı, həlak olanın növbəti qayğısını elə bil, estafet kimi, öz üzərinə götürmüşdü - bölüyün döyüş xəttini kirxayacan qaytarmalıydı.
Lemeşenko xəttin niyə məhz kirxayadək qaytarılmadığını o qədər də başa düşmür, amma artıq komandirin son əmri qüvvəyə minmişdi və yenə istiqamətə aparırdı. Evdən beton plitə döşənmiş ensiz çığırla alaqapıyacan qaçdı. Hasarın o tərəfində dar döngə başlayırdı. Serjant o tərəf-bu tərəfə baxdı. Həyətlərdən döyüşçülər qaça-qaça çıxır, ətrafa nəzər salırdılar. Budur, onun Axmetovu, transfarmator budkasının yanından sıçradı, ətrafa boylandı, bölmə komandirini küçənin ortasında görüb ona sarı yönəldi. Hardasa bağlar, boz kotteclər və kiçik evlər arasında mina vəhşi gurultuyla partladı, yaxında qəlpələrdən parça-parça olmuş dik dam uçdu, kirəmidlər aşağı töküldü.
- Sola gəlin! Kirxaya!!! – serjant qışqırdı, keçid axtara-axtara tikanlı məftildən maneənin yanıyla qaçdı.
İrəlidə, yaxındakı ağacların qalın yşıllığı arxasından kirxa - hücumlarının yeni oriyentiri mavi sivrissiylə səmaya sancılmışdı. Bu zaman döngədə bir-birinin ardınca alçaqboylu, yöndəmsiz avtomatçılar peyda olurdular. Əyri qıçları olan pulemyotçu Natucnı qaça-qaça çıxdı, arxasınca da səhərdən bəri təcrübəli, yaşlı döyüşçülərdən geri qalmayan gənc Tarasov qaçırdı; bir həyətdən soxulan, hasarın üstündən aşırılıb keçən, qış papağını dalqabaq başına keçirmiş Babur peyda oldu. “Başqa keçid tapa bilmədi, kütbeyin”, - serjant onun əvvəlcə avtomatını hasarın üstündən atdığını, sonrasa yöndəmsiz, pota bədənini aşırdığını görüb ürəyində asıb-kəsdi.
- Bura, bura gəl! – o, hiddətlə əlini yellədi, çünki Babiç avtomatını yerdən götürüb torpağa bulaşmış dizlərini çırpmağa başlamışdı.
- Tez ol!
Avtomatçılar nəhayət, komandanı başa düşdülər, keçidləri tapıb evlərin alaqapılarında, tikililərin arxasında itdilər. Lemeşenko qaçıb kifayət qədər geniş, asfaltlanmış həyətə girdi. Həyətdə alçaq tikili vardı. Görünür qaraj idi. Serjantın arxasınca tabeliyində olanlar – Axmetov, Natucnı, Tarasov - qaça-qaça gəldilər, axırda Babiç yorturdu.
- Leytenant öldürüldü! – serjant keçidə baxa-baxa onlara qışqırdı. – Ağ Evin yanında.
Bu zaman hardansa yuxarıdan və yaxından gülə qatarı şaqqıldadı, güllələr asfalt üzərində təzə izlərin şəklini çəkdilər. Lemeşenko, arxasınca da qalanları həyətə aparan, qalın beton divarın altındakı sığınacağa doğru atıldılar, yalnız Axmetovun ayağı ilişdi, belindəki iki tərəfindən su axan qumqumasından yapışdı.
- Köpəklər! Gör haranı nişan alıblar lənətə gəlmiş hitlerçilər…
- Kirxadan atırlar – Natucnı ağacların budaqları arasından həmin səmtə baxa-baxa dedi.
Onun tutqun, çiçəkdən çopur-çopur olan sifəti qayğılı görkəm aldı. Qarajın arxasında məftillə bağlanmış alaqapı göründü. Serjant fin bıçağını çıxardı, iki həmləyə məftili kəsdi. Qapını itələdilər, özlərini köhnə parkın nəhəng ağaclarının altında gördülər, amma həmin dəqiqə də güllə yağışı altına düşdülər. Lemeşenko avtomatdan atəş açdı, onun ardınca Axmatov və Tarasov güllə qatarı buraxdılar – tutqun, qalın budaqların arasıyla düşmənin yazılımtıl geyimli əsgərləri qaçıb ətrafa səpələnirdilər. Yazındakı ağacların və tor hasarın arxasında meydança görünür, onun arxasındasa artıq heç nəyin örtmədiyi kirxa ucalırdı, orada almanlar qaçır, atəş açırdılar. Ancaq tezliklə döyüşçüləri gördülər, ilk pulemyot qatarından beton hasarın xırda daşları ətrafa səpələndi, qocaman ağacların çatlamış qabıqları dağıdıldı. Düşməni izləyə-izləyə irəli, meydançaya, kirxaya doğru qaçmaq, əl çəkməmək, özünə gəlməyə imkan verməmək lazım gəlirdi, amma döyüşçülər sayca az idilər. Serjant ətrafa baxdı – hələ başqa heç kəs bu parka gəlməmişdi: lənətə gəlmiş həyət və hasar öz dolanbaclarıyla damların qarşısını kəsmişdi. Pulemyotla qarajın divarlarını, şifer damını döyəcləyir, ağacların altında otların üstündə uzanmış döyüşçülər qısa qatarlı atəşlə cavab verirdilər. Natucnı xəznənin yarısını buraxıb sakitləşdi – atəş açmağa yer yox idi, almanlar kirxanın yanında gizlənmişdilər, atəşləri hər dəqiqə güclənirdi. Axmetov yanaşı uzanıb nazik burun pərdələrini şişirdə-şişirdə serjanta baxır, yalnız fısıldayırdı. “Sonra neyləyək?” - o baxış soruşurdu. Lemeşenko bilirdi ki, başqaları da ona baxır, komanda gözləyirlər, amma müəyyən bir şey barədəsə əmr vermək o qədər də asan deyildi.
- Bəs, Babiç hardadı?
Serjantla birgə dörd nəfər idilər: solda Natucnı, sağda Axmetovla Tarasov uzanmışdı, Babiçsə hələ də həyətdən çıxmamışdı. Serjant o yöndəmisizin başına nə gəldiyini öyrənmək üçün kiməsə əmr eləmək istəyirdi, amma bu vaxt solda bölüyün avtomatçıları gözə dəydi – döyüşçülər hardansa kifayət qədər sanballı qüvvəylə peyda olmuşdular, birgə avtomatlardan meydanı atəşə tuturdular. Lemeşenko, hətta fikirləşmədi, hiss elədi ki, irəli, kirxaya doğru hərəkət eləmək vaxtıdı, ona görə də sol tərəfdəkilərin diqqətini çəkmək üçün əlini yelləyib qabağa cumdu. Bir neçə addımdan sonra ağacın altına yıxıldı, iki qısa qatar atəş açdı, kimsə küt tappıltıyla onun yanına sərildi, serjant onun kim olduğunu görmədi, amma hiss elədi ki, Natucnıdı. Sonra o, ayağa qalxıb bir neçə metr də qaçdı. Sol tərəfdə avtomat qatarları susmurdu – bu, onun parkın dərinliklərinə doğru hərəkət eyləyən avtomatçılarıydılar. “Tez, tez”, - beynindəki ürəyinin ritmiylə döyünürdü. Özlərinə gəlməyə fikir verməməli, sıxışdırmalı, almanlar ətrafı nəzərdən keçirməyə macal tarsalar, avtomatçıların azlığını sezsələr, onda pis olacaq, burda əlləri-qolları bağlanacaq…
O, bir neçə addım qaçıb cidd-cəhdlə süpürülmüş, rütubət qoxusu verən torpağın üstünə yıxıldı; ağaclar artıq arxada qalmışdı, yaxınlıqda yaz çiçəklərinin sakit, sarı rəngləri gözə dəyirdi. Park qurtardı, irəlidə, yaşıl məftildən torun arxasında günəş şüalarının altında xırda kvadratlara bölünmüş par-par yanan meydan uzanırdı. Meydanın axırında, parkın yanında bir neçə dəbilqəi alman vurnuxurdu. “Babiç hardadı axı?” - onu indi daha böyük narahatlıq bürüsə də, nədənsə bu fikir qəsdən yaxasından əl çəkmirdi: bir yolla qaça-qaça meydandan keçib kirxaya hücum eləmək lazımıydı, bu isə ona asan görünmürdü. Avtomatçılar o qədər də ahəngdar atəş açmadan ağacların arxasından qaça-qaça çıxıb hasarın dibində uzandılar. Burdan o tərəfə qaçmaq mümkün deyildi, məftillərlə əhatə olunmuş parkdan necə çıxmaq onu çox narahat eləyirdi.
Nəhayət, elə bil, ayıldı, cibindən qumbaranı çıxarıb başqalarını səsləmək üçün geri çevrildi. Amma gurultunun içində qışqırmağın nə xeyri varıdı. Burda yeganə mümkün olan komanda – şəxsi nümunə, etibarlı komandir əmriydi: mənim kimi hərəkət elə! Lemeşenko o qumbaranın qoruyucusunu hasarın toru altına atdı. Deşik balaca və əyri alında. Sercant gimnastyorkasının çiynini cırıb topun deşiyindən keçdi, dönüb geri baxdı – arxasınca əyilə-əyilə Axmetov qaçırdı, pulemyotla atıla-atıla Natucnı gəlirdi, yanında hələ partlayan qumbaranın gurultusu eşidilirdi. Onda o, artıq dayanmadan çəkməsnin rezin altıyla ümidsizcəsinə meydanın sürüşkən taxtalarını taqqıdadaraq var gücüylə irəli cumdu.
Qəfildən anlaşılmaş nəsə baş verdi. Meydan ləngərlədi, bir tərəfiylə harasa, yuxarı qalxdı, var gücüylə onun üzünə və böyrünə dəydi. O, medallarının möhkəm daşlara necə qısaca, cingiltiyə dəydiyini hiss elədi, yaxında, düz, sifətinin qarşısında kiminsə qapı sıçradı və tozun içində dondu. Sonra o, böyrü üstə çevrildi, bütün bədəniylə daşların möhkəmliyini hiss elədi, hardansa mavi səmadan ona Axmetovun qorxmuş gözləri baxıb dərhal da yox oldu. Hələ bir müddət də atışmanın gurultusu arasından qısılmış nəfəsi, ayaqların boğuq tappıltısını duydu, sonrasa bütün bunların hamısı irəli, kilsəyə doğru süzdü, orada arasıkəsilmədən atəş guruldayırdı. “Babiç hardadı?” - unudulmuş fikir təzədən peyda oldu, bölüyün taleyilə bağlı narahatlıq onu gücünü toplamağa vadar elədi. “Bu nədi, axı?” - onu lal sual deşirdi. “Öldürüldü, öldürüldü”, - içindəki kinsə məlum deyildi. O, bilmədi bunu Babiç, yoxsa özü haqqında deyir. Başa düşürdü ki, nəsə olub, amma yalnız yorğunluq hiss eləyir, bədəni heydən düşür, gözlərini duman örtür, görə bilmirdi – hücum baş tutdu, bölük parkdan çıxa bildi, görəsən?
Qısa huşsuzluqdan sonra təzədən özünə gəldi, elə bil, nəhəng göldə əks olunmuş səmanı seçdi, yuxarıdasa kürəyi üstə yıxılmış döyüşçülərin tək-tük cəsədləri vardı. O, kimisə sağ görmək üçün geri çevrildi – meydan və səma yırğalanırdı, dayanandasa, bayaq onsuz hücum olunmuş kirxanı tanıdı. Artıq orda atışma səsi eşidilmirdi, amma nədənsə avtomatçılar qaça-qaça çıxır, döngədə yox olurdular. Serjant başını sevirib Natucnını, yaxud Axmetovu görməyə çalışdı, amma onlar yox idilər, əvəzində hamıdan irəlidə qaçan təzə əsgər Tarasovu tanıdı. Gənc döyüşçü əyilə-əyilə küçəni cəld naçıb keçdi, sonra dayandı, kiməsə əl elədi: “Bura, bura!” - sonra kirxanın hündür binası yanında yox oldu. Arxasınca o biri döyüşçülər qaçdılar və meydanda döyüş başladı.
Serjant son dəfə nəfəs aldı və nədənsə qəfildən əbədi susdu.
Qələbəyə başqaları çatdılar.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0