İsa İsmayılzadənin 85 illiyi qeyd ediləcək

Apr 23, 2026 - 18:39
 0  14
İsa İsmayılzadənin 85 illiyi qeyd ediləcək

Altmışıncılar ədəbi nəslinin unudulmaz ismi görkəmli şair, publisist, tərcüməçi İsa İsmayılzadənin (1941-1997) anadan olmasının 85 illik yubileyi keçiriləcək.

YAZİCİ.AZ xəbər verir ki, tədbir aprelin 30-u saat 14:00-da AYB-nin "Natavan" klubunda baş tutacaq. 

Yubiley tədbirində həmçinin şairin 85 illiyinə həsr edilmiş “İsa İsmayılzadə: Söz həsrəti” kitabı da təqdim olunacaq.

Qeyd edək ki, topluda şairin poetik və publisistik irsindən seçmələr, tanınmış qələm sahiblərinin onu əsərləri haqqında məqalələri və xatirələri, şairin dialoqları, torpaq övladı və ailə başçısı kimi özünəməxsus portret cizgiləri, eləcə də ona həsr edilmiş şeirlər toplanıb 

Kitabı yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib edib və nəşrə hazırlayıb, rəyçi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktoru şair Nurafiz, məsləhətçi Araz İsmayılzadədir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0