Pərvanə Bayramqızıdan yeni kitab

Sen 7, 2026 - 22:21
 0  20
Pərvanə Bayramqızıdan yeni kitab

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsinin əməkdaşı, yazıçı-publisist Pərvanə Bayramqızının “Səni özünə döndərənlər” adlı kitabı çapdan çıxıb.

Yazici.az xəbər verir ki, yazıçının fərqli ədəbi nümunələrlə zəngin sayca yeddinci kitabı, dövrümüzün sözdən abidəsini yaradan müəllif cəmiyyətdə baş verən dəyişiklər haqqında, sosial problemlər, yaxşılıq-pislik mövzusunda yazdığı esselərdə şahidi olduğumuz prosesləri, mənəvi boşluqları, müxtəlif tip insanların fərqli xüsusiyyətlərini özünəməxsus formada göstərib. Mətnlər bugünün ab-havasını hiss etdirir, təzadlı yaşantıları söz vasitəsilə canlandırır. İnsanın iç dünyasına enən yazıçı onu bütün incəliklərinədək təhlil edir.

Mövzular “Əzəli və əbədi güc”, “Ədəbi fikirlər”, “İki vətəndən biri”, “AYNA” və başqa  bölmələrə ayrılıb. Süni intellekt vasitəsilə mətnlərin ümumi məzmununu əhatə edən rəsmlər hazırlanıb. Kitabda müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış ziyalılarla müsahibələr də yer alıb. 

Nəşrin elektron formatı ilə kitabxananın saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru