Qılman İmanın yeni kitabı çap olundu

Avq 7, 2026 - 11:41
 0  25
Qılman İmanın yeni kitabı çap olundu

Şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

Yazici.az xəbər verir ki, "Zərdabi" Nəşriyyatında 500 tirajla işıq üzü görən kitabda müəllifin son 20 ildə yazdığı 117 şeir toplanıb.

Qeyd edək ki, kitabın redaktoru tanınmış şair Qulu Ağsəsdir.

***

Vaxtın sınıq qanadında
Əcəb gərdişə düşmüşük.
Söz içindən söz çıxarıb
Biz dilə-dişə düşmüşük.

Hər acını udan, a can,
Deyən də yox qadana "can".
Bir yol sevinc dadanacan
Yüz yol təşvişə düşmüşük.

Ömür gecədən gecəyə,
Dönür upuzun küçəyə.
Getməliydik gələcəyə
Çaşıb keçmişə düşmüşük.

Bir taledir, bir də ki biz,
İtib cığır, görünmür iz.
İş dalınca gəldiyimiz
Dünyada işə düşmüşük.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 1
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi