Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı olub

Apr 11, 2026 - 17:03
Apr 11, 2026 - 20:11
 0  9
Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı olub

"Ulduz"lu görüşlər" çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, şair-publisist Rəşad Məcidlə görüş keçirilib.

YAZİCİ.AZ xəbər verir ki, "Ulduz" jurnalının təşkilatçılığı ilə keçirilən görüşdə "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs, baş redaktor müavini Təranə Vahid, şöbə redaktorları Dayandur Sevgin və Taleh Mansur, eləcə də Azərbaycan Universitetinin tələbə-müəllim heyəti iştirak edib.

Tədbiri Qulu Ağsəs açaraq, artıq ənənə halına almış görüşlərin tələbələrin yaddaşında dərin iz buraxdığını, onların dünyagörüşlərinin formalaşmasına müsbət təsir edəcəyini vurğuladı.

Söz Rəşad Məcidə verilib. Ədəbiyyatla bağlı öz fikir və mülahizələrini bölüşən qonaq, şeirlərini səsləndirib. Mütaliə vərdişləri ilə bağlı tələbələrə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb. Görüşdə fərqlənən tələbələrə şəxsi kitabxanasından seçmə kitablar hədiyyə edib.

Qeyd edək ki, bundan əvvəl ""Ulduz"lu görüşlər" çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında "Allaha salam" filminin rejissoru Xəyal Rza və baş rolun ifaçısı Xalq artisti Məmməd Səfanın iştirakı ilə sözügedən filmin nümayişi baş tutmuşdu.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0