Şəhriyarın “Heydərbabaya salam”ı özbək dilində

Sen 14, 2026 - 21:38
Sen 14, 2026 - 21:40
 0  6
Şəhriyarın “Heydərbabaya salam”ı özbək dilində

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” poeması Özbəkistanda özbək türkcəsinə uyğunlaşdırılıb.

Yazici.az xəbər verir ki, əsərin özbək türkcəsinə uyğunlaşdırılması şair-tərcüməçi, Fəxrəddin Hayit tərəfindən həyata keçirilib. “Heydərbabaya salam” əsəri Özbəkistanın “Hürriyyət” qəzetində çap olunub.

Poemanın Özbəkistanın mətbuat orqanlarında çap olunması Azərbaycan ədəbiyyatının Özbəkistanda tanıdılması və təbliği, eyni zamanda Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafı baxımından əhəmiyyətli hadisədir.

Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması Azərbaycan poeziyasının klassik nümunələrindən biri olmaqla, türk dünyasının müxtəlif ədəbi mühitlərində geniş tanınır.

Əsərin özbək dilində oxuculara təqdim edilməsi Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan ortaq ədəbi-mədəni dəyərlərin qarşılıqlı şəkildə təbliğinə və ədəbi əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.

Poemanın “Hürriyyət” qəzetində çap olunması Azərbaycan ədəbiyyatının Özbəkistanda təbliği və görkəmli Azərbaycan şairlərinin yaradıcılığının özbək oxucularına çatdırılması istiqamətində atılmış mühüm addımlardan biridir. (Kulis.az)

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru