Seyran Səxavətin 80 illiyinə ithaf edilmiş gecə təşkil edilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan yazıçısı, şair və dramaturq Seyran Səxavətin 80 illik yubileyinə həsr olunmuş "Ay ilk məhəbbətim" adlı bədii-musiqili gecə təşkil olunub.

YAZİCİ.AZ xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin təbrik məktubu səsləndirilib. Sonra çıxış edənlər Seyran Səxavətin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, onun yaradıcılığının milli-mənəvi dəyərlərin qorunmasında rolundan və zəngin bədii irsindən danışıblar. Qeyd olunub ki, yazıçının əsərləri oxucular tərəfindən daim maraqla qarşılanır və müasir ədəbi prosesdə öz aktuallığını qoruyur.

Bədii hissədə F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti (baş dirijor Mustafa Aşurov, musiqi rəhbəri Mahir Ordubadi) çıxış edib. Konsert proqramında Azərbaycan xalq mahnıları və bəstəkar əsərləri səsləndirilib. Solistlərdən Elza Seyidcahan, Zeynal Əhmədov, Almaz Orucova, Könül Tağıyeva, Nizami Abdullayev, Cabir Abdullayev, Təşkilat Nəsirov, Sevinc Sarıyeva, Eldəniz Məmmədov və Vüsal Qasımov çıxış ediblər.

Sonunda təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirən Seyran Səxavət öz şeirlərini səsləndirib. Şair "Ay ilk məhəbbətim” şeirini qonaqlarla bölüşüb:

"Sən nə istəyirdin, nələr itirdin?

Qorxma kül olmaqdan, yan, məhəbbətim.

Sən mənim başıma nələr gətirdin,

Ay ilk məhəbbətim, son məhəbbətim".