Şuşa Dövlət Teatrında Sabir Rüstəmxanlı gecəsi
Şuşa Dövlət Musiqili Dram Teatrında “Söz körpüsü” layihəsi çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
YAZİCİ.AZ xəbər verir ki, tədbir Sabir Rüstəmxanlının ömür yoluna həsr olunmuş videotanıtımla başlayıb.
Daha sonra Xalq artisti Eldost Bayram, Əməkdar artist Nazir Rüstəmov, rejissor, bədii qiraət ustası Kamran Yunis və aktrisa Zemfira Əbdülsəmədova şairin şeirlərini səsləndiriblər.
Bədii rəhbər və xoreoqraf Kəmalə Rəcəbovanın quruluşunda “Azərbaycan ritmləri” rəqs ansamblı Sabir Rüstəmxanlının sözlərinə yazılmış “Zəfər nəğməsi” mahnısı ilə rəqs kompozisiyası nümayiş etdirib.
Ədəbi-bədii gecədə Sabir Rüstəmxanlının “Səni Vətənə bənzədirəm” şeirinə İlhamə Adilqızının bəstələdiyi mahnı Aynur İsgəndərli tərəfindən ilk dəfə səsləndirilib. Daha sonra Şuşa Musiqili Dövlət Teatrının hazırladığı kompozisiya nümayiş etdirilib.
Tədbirin sonunda S.Rüstəmxanlı hər kəsə minnətdarlığını bildirib və “Türkün sarsılmaz gücü” yarışının qalibləri mükafatlandırılıb.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0