Türkiyə-Azərbaycan Teatrı İstanbulda növbəti dəfə səhnəyə çıxıb

Mar 31, 2026 - 09:33
 0  5

İstanbulda Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı tərəfindən Xalq şairi Bəxtiyar Vahabzadənin əsərləri əsasında hazırlanan “Yağışdan sonra” ikipərdəli tamaşanın nümayişi olub. Tamaşa Dünya Teatr Günü münasibətilə Türkiyədə təşkil edilən festival çərçivəsində nümayiş etdirilib.

YAZİCİ.AZ xəbər verir ki, tamaşadan əvvəl çıxış edənlər sənətin və mədəniyyətin Azərbaycan-Türkiyə qardaşlığını daha da qüvvətləndirən ən güclü körpülərdən biri olduğunu vurğulayıblar.

Minə Bayrakerinin rejissorluğu ilə ərsəyə gələn səhnə əsərinin truppa rəhbəri Bəhram Afsal, musiqi tərtibatçısı, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin musiqi bölməsinin rəhbəri, müğənni-aktrisa Vüsalə Əsgərova, dekor tərtibatçısı Aylin Axundova, səs tərtibatçısı Hilal Alpdir. Tamaşada Vüsalə Əsgərova, Neda Sözbir, Mehmet Türkbeyler, Maruf Demirtaş, Jale Çinar, Bülent Altay, İbrahim Domruk, Murat Eren Dikbasan və Şamira Osmanova rol alıblar.

Nümayişdən sonra İstanbulun Kartal Bələdiyyəsinin sədri Gökhan Yüksel adından festivalda iştiraka görə Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrına xüsusi təşəkkür plaketi təqdim edilib.

Səhnə əsəri ilə bağlı açıqlama verən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin və Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının rəhbəri Kamalə Kamal Cabbarova tamaşanın Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə səhnəyə qoyulduğunu xatırladıb.

O, rəhbərlik etdiyi teatr tərəfindən bu əsərin artıq üç dəfə İstanbulda nümayiş etdirildiyini, bundan sonra da Türkiyənin müxtəlif bölgələrində bu işin davam etdiriləcəyini deyib.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0