Əcəmi Naxçıvaniyə həsr olunan filmin çəkilişləri yekunlaşıb

Avq 20, 2026 - 11:15
Avq 20, 2026 - 11:19
 0  7
Əcəmi Naxçıvaniyə həsr olunan filmin çəkilişləri yekunlaşıb

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri tamamlanıb.

Bu barədə Yazici.az-a Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.

Bildirilib ki, memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunan ekran əsəri dövlət sifarişi ilə “Şahdağ Film” və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən birgə istehsal olunur.

Filmin son çəkilişləri ötən günlərdə həyata keçirilib. Ekran əsərinin çəkilişləri “Azərbaycanfilm” Kinostudiyası ilə yanaşı, Gəncə şəhərində, Qaradağ rayonunda və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində aparılıb.

Hazırda film post-prodakşn mərhələsindədir. Montaj, səs və digər texniki işlər tamamlandıqdan sonra ekran əsərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması nəzərdə tutulur.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru