Türkiyənin ölkəmizdəki ilk səfirinin kitabı çap edilib
“Daha” nəşriyyatı Türkiyənin Mədəniyyət və Turizm nazirliyinin TEDA layihəsi çərçivəsində görkəmli türk yazıçısı və diplomatı Məmduh Şövkət Əsəndalın “Müxtəxor” adlı hekayələr toplusunu çap edib.
YAZİCİ.AZ xəbər verir ki, Əsəndal təkcə usta nasir deyil, eyni zamanda, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı ilk səfiri kimi iki qardaş ölkə arasındakı diplomatik və mənəvi körpüləri quran mühüm tarixi şəxsiyyətdir.
Kitabın tanıtım yazısında deyilir:
“Məmduh Şövkət Əsəndal Türk ədəbiyyatında “kiçik insan”ın böyük dünyasını ustalıqla ifadə edən yazıçılardan sayılır. Əsəndal həmişə oxucunu gündəlik həyatın üzdə görünməyən gizli qatlarına dəvət edir. Bu hekayələr toplusu müəllifin iti müşahidə qabiliyyəti və incə yumoru ilə yoğrulmuş, insan təbiətinin həm gülməli, həm də düşündürücü tərəflərini üzə çıxaran ən məşhur kitablarından biridir.
Bu kitab sizi həm həyatın içindən səmimi hekayələrlə tanış edəcək, həm də ortaq tariximizin unudulmaz simalarından birinin yaradıcılıq dünyasına aparacaq.”
Qeyd edək ki, kitabın tərcüməçisi Qismət Rüstəmov, redaktorları Aqşin Yenisey və Ömər Xəyyamdır.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0