VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Apr 24, 2026 - 22:35
 0  9
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.

YAZİCİ.AZ xəbər verir ki, festival 22-26 may tarixlərində Elmlər Akademiyasının parkında təşkil ediləcək.

Festivalın ilk günü Azərbaycan-Türkiyə, ikinci günü Özbəkistan-Türkmənistan, üçüncü günü Qazaxıstan-Qırğızıstan, dördüncü günü Macarıstan-Şimali Kipr Türk Respublikası, sonuncu günü isə Türk Dünyası – Yunus Əmrə günü olaraq adlandırılıb. 

Layihə rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza festivalın zəngin proqramı haqqında danışıb:

“Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, film nümayişləri, konsert proqramları ilə yanaşı görkəmli ədbilərin yubileyləri də qeyd ediləcək.”

Bununla yanaşı festivalda müxtəlif nəşriyyatların yeni nəşrləri və əl işləri təqdim ediləcək.

 

Xəyal Rza bildirib ki, festivalın təntənəli açılış mərasimi 22 may, saat 12-də baş tutacaq və açılışa hər kəs dəvətlidir.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçiriləcək. (Bizim.Media)

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0