Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi anılıb

Apr 21, 2026 - 14:15
 0  8
Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi anılıb

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə görkəmli aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi qeyd olunub.

Bu barədə YAZİCİ.AZ-a İttifaqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə, İlham Rəhimli, ADMİU-nun Aktyor sənəti kafedrasının müdiri, Əməkdar artist, professor Gülşad Baxşıyeva, Xalq artisti Yasin Qarayev, Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova və Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova çıxış edərək Nəsibə Zeynalovanın zəngin həyat və yaradıcılıq yolundan, onun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərindən söhbət açıblar.

Ailə üzvləri adından çıxış edən Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Novruzova tədbirin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirib.

Çıxışlararası Nəsibə Zeynalovaya həsr olunan videoçarx nümayiş edilib, sənətkarın oynadığı tamaşalardan, çəkildiyi filmlərdən fraqmentlər təqdim olunub.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0