“DokuBaku 2026”: 54 film oktyabrda Bakıda təqdim olunacaq

Avq 20, 2026 - 09:00
Avq 20, 2026 - 09:22
 0  7
“DokuBaku 2026”: 54 film oktyabrda Bakıda təqdim olunacaq

Bu ilin oktyabr ayında keçiriləcək “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının rəsmi seçimi açıqlanıb.

Yazici.az xəbər verir ki, “Ulduz sivilizasiyası” (Stellar Civilization) mövzusuna həsr olunan festivala 88-dən çox ölkədən 260-dan artıq müraciət daxil olub.

Seçim komitəsinin qərarı ilə proqrama 54 film - 27 tammetrajlı27 qısametrajlı sənədli ekran əsəri daxil edilib. Rəsmi seçimdə yeni nəsil yerli kinematoqrafçıların əməyini əks etdirən 5 Azərbaycan sənədli filmi də yer alır.

Yeddi gün davam edəcək festival çərçivəsində filmlərin nümayişi ilə yanaşı, ustad dərsləri, panellər və müzakirələr təşkil olunacaq. Tədbirə 100-dən çox beynəlxalq və yerli kino xadimi qatılacaq.

Layihəyə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən ənənəvi olaraq maliyyə və informasiya dəstəyi göstərilir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru