Yeni ədəbi müsabiqə elan edildi - ŞƏRTLƏR
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi” “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edir.
YAZİCİ.AZ xəbər verir ki, müsabiqə 14-17 yaşlı gənclər arasında keçiriləcək.
ŞƏRTLƏR:
✅ Azərbaycan dilində
✅ emosional təsirə malik
✅ animasiya üçün potensialı olan
✅ minimum 8 – maksimum 20 səhifə həcmində
✅ yeni, orijinal və yaradıcı qəhrəman obrazını ifadə edən qrafik hekayə
İştirak fərdi və ya 2 nəfərlik komanda (ssenari müəllifi + rəssam) şəklində mümkündür.
Müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə PDF fayl şəklində edibinevi@gmail.com ünvanına göndərilməlidir.
İşlərinizi 2026-cı ilin 1 may-1 sentyabr tarixlərində gözləyirik.
MÜKAFATLAR:
I yer: 3 000 AZN
II yer: 2 000 AZN (iki yer)
III yer: 1 000 AZN (üç yer)
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0