Azərbaycan Rize Kitab Sərgisində təmsil olunub

Apr 24, 2026 - 20:29
 0  9
Azərbaycan Rize Kitab Sərgisində təmsil olunub

Aprelin 24-də Türkiyənin Rize şəhərində ənənəvi kitab sərgisinin açılışı olub.

YAZİCİ.AZ xəbər verir ki, açılış mərasimində Türkiyə daxili işlər naziri Mustafa Ciftçi, Rize şəhər valisi İhsan Selim Baydaş, Rize Bələdiyyə sədri vəzifəsini icra edən Abdulkadir Öksüz, millət vəkili Harun Mertoğlu, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, yerli dövlət, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Türkiyənin Qara dəniz bölgəsinin mədəni həyatında xüsusi hadisə olan sərgi mədəniyyətin, elmin, kitabın bayramına çevrilərək mühüm bir platforma halına gəlmişdir.

Çıxışçılar sərginin, gənclərin kitaba marağının artırılması və mütaliə mədəniyyətinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Qeyd edək ki, Rize Kitab Sərgisində Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan stendi təşkil olunub.

Rəsmi açılışdan sonra qonaqlar sərginin fəxri qonağı Azərbaycanın təşkil olunmuş stendini ziyarət ediblər. Sərgidə Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, Ulu Öndər Heydər Əliyevin irsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərə dair nəşrlər, Heydər Əliyev Fondunun nəşrləri, Mədəniyyət Nazirliyi tərəfindən göndərilən kitablar sərgilənir.

Rize Kitab Sərgisində Azərbaycan Mədəniyyət Mərkəzinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin Türk tərcüməçi, professor Nimət Yıldırım tərəfindən Türkiyə türkcəsinə tərcümə edilmiş və nəşr edilmiş "Xəmsə"yə aid 3 əsərin, habelə tarixçi Dilqəm Əhməd tərəfindən hazırlanmış "Doğu və Batı arasında bir mütefekir: Ahmet Ağaoğlu" adlı kitabların təqdimatı da planlaşdırılır.

Azərbaycan stendində, həmçinin Türkiyədə Azərbaycan ədəbiyyatına dair Türk dilində nəşr edən "Zəngin Yayıncılık" nəşriyyatının kitabları da sərgilənir.

Azərbaycan stendində və kitab təşviqi tədbirləri çərçivəsində Türkiyədə çalışan azərbaycanlı alimlər - Mərmərə Universitetindən professoru Mehdi Gəncəli, Nizami tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının dosenti Təhminə Bədəlova və Ərzurum Atatürk Universitetinin bölüm müdiri professor Nimet Yıldırım ədəbiyyatımıza dair panel və təqdimatlarda çıxış edəcəklər.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0