TÜRKSOY Seyfəddin Hüseynlini təltif edib

Avq 17, 2026 - 21:45
 0  16
TÜRKSOY Seyfəddin Hüseynlini təltif edib

Tanınmış tərcüməçi, ədəbiyyatşünas Seyfəddin Hüseynli “TÜRKSOY” medalı ilə təltif edilib.

Yazici.az xəbər verir ki, bu barədə TÜRKSOY Yazıçılar Birliyinin vitse-prezidenti Səlim Babullaoğlu məlumat yayıb.

O, 50 illik yubileyi münasibəti ilə və “Türk dünyası mədəniyyəti və sənətinə verdiyi töhfələrinə görə” bu medala layiq görülüb.

Qeyd edək ki, Seyfəddin Hüseynli “525-ci qəzet”in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavini, həmçinin “Dünya ədəbiyyatı” dərgisinin baş redaktorudur.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru