Bakıda II “Opera Günləri” keçiriləcək
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə Bakıda mayın 28-dən iyunun 30-dək II “Opera Günləri” layihəsi keçiriləcək.
Teatrdan YAZİCİ.AZ-a bildirilib ki, bu layihə ölkəmizdə opera sənətinin inkişafı və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
“Opera Günləri” milli və dünya opera irsinin təbliği, ustad sənətkarların yad edilməsi, eləcə də yeni ifaçıların təqdim olunması baxımından önəmli layihələrdən biridir.
Layihə çərçivəsində bir sıra maraqlı tədbirlər nəzərdə tutulub.
Mayın 28-də “Koroğlu” operası ilə layihənin təntənəli açılış mərasimi keçiriləcək.
İyunun 13-də “Teatrın tarixi simaları” adlı tədbir çərçivəsində ustad səslərə ithaf olunmuş konsert təşkil ediləcək. Gecədə teatrın solistləri çıxış edəcək, görkəmli sənətkarlar Mürsəl Bədirov (100 illiyi) və Şahlar Quliyevin (80 illiyi) xatirələri yad ediləcək.
İyunun 22-də “Əsrlərdən gələn irs” adlı konsert proqramı təqdim olunacaq. Konsertdə teatrın simfonik orkestri, solistləri və xoru iştirak edəcək.
İyunun 27-də “Kontratenor” adlı solo konsertdə Əməkdar artist İlham Nəzərov çıxış edəcək.
İyunun 30-da isə “Otello” operasının premyerası ilə layihənin təntənəli bağlanış mərasimi olacaq.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0