“Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin yeni nəşri təqdim olundu

Apr 26, 2026 - 20:56
Apr 26, 2026 - 20:58
 0  5
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin yeni nəşri təqdim olundu

“LIBRAFF” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kitabının yeni nəşrinin təqdimatı olub.

YAZİCİ.AZ xəbər verir ki, tədbirdə yazıçı-dramaturq, “Qobustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyeva kitabın yeni nəşri barədə məlumat verib. O qeyd edib ki, “TEAS Press” nəşriyyatının çap etdiyi kitabda “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı ilə yanaşı, müəllifin digər əsərləri, həmçinin “Təhminənin son sirri” hekayəsi yer alıb.

Xalq yazıçısı Anar həm həyatının, həm də yaradıcılığının maraqlı məqamlarını oxucuları ilə bölüşüb.

Tədbir sual-cavab formatında davam edib.

Təqdimat mərasimində Azərbaycan Dövlət Akademik Filarmoniyasının konsertmeysteri Lalə Bağırzadə Xalq yazıçısının romanı əsasında çəkilmiş məşhur “Təhminə” filmində istifadə olunmuş musiqi parçalarını pianoda ifa edib.

Tədbirin sonunda müəllif oxucuların kitablarını imzalayıb.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0