Elman Tovuzun 65 illiyinə həsr edilmiş anım tədbiri keçiriləcək

Apr 14, 2026 - 22:27
Apr 14, 2026 - 22:29
 0  14
Elman Tovuzun 65 illiyinə həsr edilmiş anım tədbiri keçiriləcək

Şair Elman Tovuzun anadan olmasının 65 illiyinə həsr edilmiş "Vara da şükür de, yoxa da şükür" adlı anım tədbiri keçiriləcək.

YAZİCİ.AZ xəbər verir ki, tədbir 18 aprel 2026-cı il tarixdə, saat 12:00-da Sumqayıt Poeziya Evində baş tutacaq. (Ünvan: Sumqayıt şəhəri, Heydər parkı, Poeziya Evi)

Qeyd edək ki, Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənov) 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət (ərazi vahidi - Çataq) kəndində doğulub. Şair "Hara gedir bu yol belə?..", "Dünya, məni mənə qaytar", "Dəlir ürəyimi demədiklərim" adlı üç kitabın müəllifidir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0