Fizik alim və yazıçı Yusif Şükürlünün "Azan güllə" kitabının təqdimatı keçirilib

Okt 27, 2026 - 21:27
Okt 27, 2026 - 21:27
 0  9
Fizik alim və yazıçı Yusif Şükürlünün "Azan güllə" kitabının təqdimatı keçirilib

27 oktyabr 2026-cı il tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzi və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış fizik alim və yazıçı Yusif Şükürlünün “Azan güllə” kitabının təqdimat mərasimi keçirilib.

Yazici.az xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, müvafiq dövlət qurumlarının rəhbər şəxsləri, elm və mədəniyyət nümayəndələri, ziyalılar və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Çıxışlarda müəllifin elmi və bədii yaradıcılığının özünəməxsus xüsusiyyətləri, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr və Şəki ədəbi mühitindəki mövqeyi vurğulanıb. Bildirilib ki, kitabda Yusif Şükürlünün elmi təfəkkürü ilə bədii yaradıcılığının vəhdətini əks etdirən şeirlər, roman, povest və hekayələr toplanıb. 

Tədbir çərçivəsində müəllifin şeirləri səsləndirilib, musiqi əsərləri ifa olunub. Kitabın təqdimatı Yusif Şükürlünün elmi və ədəbi irsinin təbliği, Şəkinin zəngin ədəbi mühitinin tanıdılması baxımından əhəmiyyət daşıyıb.

Qeyd edək ki, Şəki ədəbi mühitinin istedadlı nümayəndəsi Yusif Şükürlü 2026-cı il aprelin 28-də, 78 yaşında vəfat edib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru