Gəray Göyyurdun şeir kitablarının təqdimatı keçirilib

Sen 14, 2026 - 22:34
Sen 14, 2026 - 22:40
 0  14
Gəray Göyyurdun şeir kitablarının təqdimatı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə şair Gəray Göyyurdun "Qəhrəman kənd - Mutudərə" və "Bizim ailəmizdir dost, qardaş Türk dünyası" kitablarının Gədəbəydə yerləşən Aşıqlar Məktəbində təqdimatı keçirilib.

"Türkiyə-Azərbaycan dostluğuna və qardaşlığına həsr olunmuş "Bizim ailəmizdir dost, qardaş, Türk dünyası" kitabı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Yazici.az xəbər verir ki, tədbirdə səsləndirilən poeziya nümunələrində bu möhtəşəm dostluq və qardaşlıq tərənnüm olunub. Şairin iki qardaş dövlətin Prezidentlərinə həsr etdiyi şeirlər alqışlarla qarşılanıb.

Aşıqlar Gəray Göyyurdun "İki qardaş, iki Cumhurbaşqanı", "Yolunu gözləyir Turan", "Türkiyə", "Qalıb" adlı şeirlərini ifa ediblər. Tədbir şairin "Ətrafında birləşin Ali Baş Komandanın" adlı şeir ilə başa çatıb.

Sonda şair Gəray Göyyurd şanlı zəfərimizə həsr etdiyi "Dövlətim var, ordum var", "Şuşa Bəyannaməsi", "Zəfər sənin zəfərindi, sayın Ali Baş Komandan", "Qubadlı" poeması, "Qəhrəman kənd-Mutudərə" kitablarını iştirakçılara hədiyyə edib.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru