Azərbaycan şairlərinin şeirləri ABŞ nəşrində
ABŞ-ın Los-Ancelos şəhərində fəaliyyət göstərən “Mascomania News” müstəqil beynəlxalq rəqəmsal xəbər və geosiyasi nəşrinin mədəniyyət portalında Azərbaycanın tanınmış şairləri Ramiz Rövşənin və Qulu Ağsəsin şeirləri ingilis dilində dərc olunub.
Yazici.az xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlinin tərcüməsində təqdim olunan “Azad qadın heykəli”, “Qara paltarlı qadın” (Ramiz Rövşən) və “Müharibə əlili”, “Görsən ki, üşüyürsən...” (Qulu Ağsəs) adlı şeirlərə portal redaktorları ön söz də yazaraq Azərbaycan şairləri haqqında Amerika oxucularına müfəssəl məlumatlar veriblər.
Qeyd edək ki, müstəqil beynəlxlq nəşr hər iki şairimizin adına səhifələr də açıb.
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0