Hörmüz boğazı - Kənan Hacının şeiri

Apr 14, 2026 - 12:33
Apr 14, 2026 - 12:34
 0  19
Hörmüz boğazı - Kənan Hacının şeiri

Yazıçı Ədəbiyyat Portalı Kənan Hacının "Hörmüz boğazı" şeirini təqdim edir.

Saat öz əbədi vərdişindədir,
baxıram, əqrəbin yönü beşədir,
xəbər axınları qoymur yatmağa,
Hörmüz boğazında düyünlənib
dünyanın ən yağlı tikəsi,
bəşərin ən uzun səksəkəsi...
dünya xəritəsinin tıxanma nöqtəsi,
Xeyir Tanrısının duaları
iki körfəz arasında asılı qalıb,
sual ver tarixə -
bu savaşda kim uduzub,
kim qələbə çalıb?
Tarix bu sualın cavabını
gələcəyə saxlayıb,
zaman əbədi vərdişindədir,
öz işindədir...
O kimdi öz “qələbə”siylə öyünür?
Dünyanın nəbzi Hörmüzdə döyünür,
xəbər axınları qoymur yatmağa...

11 aprel, 2026

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0