İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib

Apr 1, 2026 - 20:18
Apr 1, 2026 - 20:36
 0  12

İstanbulda Azərbaycan və Türkiyənin tanınmış ictimai xadimi, mütəfəkkir, yazıçı və alim Əhməd bəy Ağaoğluna həsr olunan “Şərq ilə Qərb arasında bir mütəfəkkir: Əhməd Ağaoğlu” kitabının təqdimatı keçirilib.

YAZİCİ.AZ xəbər verir ki, nəşr Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində hazırlanıb.

Azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd tərəfindən arxiv materialları əsasında hazırlanan kitabda Əhməd bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirləri əks etdirilib. Kitabda Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında Sərəncamında ədibin fəaliyyətinə dair fikirləri də yer alıb.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, İstanbul İniversitetinin rektoru, professor Osman Bülent, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı baş konsulluğumuzun konsulu Sevinc Süleymanova, Türkiyədəki Səfirliyimizin müşaviri Füzuli Məcidli, universitetin müəllim heyəti, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar iştirak ediblər.

Rəsmi şəxslər çıxışlarında Azərbaycan–Türkiyə qardaşlığını vurğulayaraq, Ağaoğlunun irsinin ortaq mədəni dəyər kimi əhəmiyyətini qeyd ediblər.

Sonda kitab sərgisi təşkil olunub, imza mərasimi keçirilib və nəşrin nüsxələri universitet kitabxanasına hədiyyə edilib.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0