Kitab mükafatı gələn il elan ediləcək - Mədəniyyət Nazirliyi

Okt 19, 2026 - 17:56
 0  10
Kitab mükafatı gələn il elan ediləcək - Mədəniyyət Nazirliyi

Mədəniyyət Nazirliyi Kitab mükafatını bu il elan etmək istəyirdi, müəyyən maliyyə məsələləri yekunlaşmadığından alınmadı.

Yazici.az APA-ya istinadən xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransında Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə deyib.

Onun sözlərinə görə, mükafatla bağlı bütün hüquqi prosedurlar hazırlanıb.

“Hətta aidiyyəti üzrə təqdim olunub və məsələ razılaşdırılma mərhələsindədir”.

Vasif Qurbanzadə deyib ki, Mədəniyyət Nazirliyinin prioritetlərindən biri, bəlkə də birincisi, kitab mükafatı və tərcümə proqramıdır.

“Biz bunu qəbul edirik və hazırda bu istiqamətdə işləyirik”.

Şöbə müdiri mükafatın gələn il üçün elan olunacağını əlavə edib.

“Hətta il ərzində bizə kifayət qədər kitab göndərənlər də olub. Məsələn, müəlliflərini tanımadığımız, müxtəlif bölgələrdən göndərilən kitablarla bağlı müraciətlər alırıq. Müəlliflər bildirirlər ki, kitab mükafatında iştirak etmək istəyirlər. Bu da məsələnin aktuallğını göstərir”.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru