“Sürgün sevgi” tamaşasının premyerası olacaq

Okt 12, 2026 - 22:24
 0  1
“Sürgün sevgi” tamaşasının premyerası olacaq

Oktyabrın 22-də Sumqayıt Dövlət Dram Teatrında Xalq şairi, yazıçı-dramaturq Sabir Rüstəmxanlının “Sürgün sevgi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.

Teatrdan Yazici.az-a bildirilib ki, ikihissəli milli faciə janrında olan səhnə əsəri müəllifin 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı Osman Salmanov, tərtibatçı rəssamı Nizami Dadaşev, xormeysteri Əməkdar müəllim Firəngiz Xəlilova, plastik hərəkətlər və rəqslər üzrə quruluşçusu Kamil Ağazadə, videoqrafı isə Rais Bəhramidir.

“Sürgün sevgi” XX əsrin müxtəlif tarixi mərhələlərində Azərbaycan xalqının üzləşdiyi ağır sınaqları əks etdirir. Tamaşada 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə hökm sürən ictimai-siyasi gərginlik, xaos, vətəndaş qarşıdurması və həmin dövrün mürəkkəb reallıqları bədii şəkildə təqdim olunur.

Səhnə əsərində 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı, ölkədə vətəndaş qarşıdurmasının qarşısının alınması və dövlətçiliyin qorunması istiqamətində atdığı addımlar da öz əksini tapır. Bununla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan, çətin dövrlərdə xalqın yanında olan ziyalıların fəaliyyəti də tamaşanın əsas mövzularındandır.

Tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, Xatirə Süleymanova, Elmira Kərimova, Sədaqət Nuriyeva, eləcə də aktyorlar Elay Xasıyev, Vəfa Qurbanova, Rövşən Əsgərov, Məryəm Hüseynli, Əjdər Zeynalov, Habil Xanlarov, Cavanşir Eyyubzadə, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Emil Həmidov, Günəş Bağırova, Elmir Mehdiyev, Mətləb Səfərli, İlham Səfərli, Dağlar Rüstəmov, Akif Mirzəyev, Rövşad İlyasov, Siyavuş Mahmudov və Kamran Muradlı iştirak edirlər.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru