Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırıldı

Apr 23, 2026 - 00:12
 0  12
Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

YAZİCİ.AZ  xəbər verir ki, onlar müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından seçiliblər. 

3-cü yerə Turan Uğurun “Əbabil Quşu”, Həmid Piriyevin “Müjdə”, Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayələri, 

2-ci yerə Elnur Məmmədlinin “Kəkələmə”, Ömər Xəyyamın “10410-cu gün” hekayələri layiq görülüb. 

1-ci yeri isə Sərvanə Dağtumasın “Körpənin intiharı” kiçik hekayəsi qazanıb.

Qalibləri təbrik edən münsiflər heyətinin üzvləri xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılar tərəfindən davam etdirildiyini təqdirəlayiq hesab ediblər. 

Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının növbəti sayında təqdim ediləcək.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0