Nəsiminin Şamaxıdakı abidəsi ilə bağlı maraqlı fakt
"Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə ərsəyə gətirilib".
Yazici.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İmadəddin Nəsiminin rayonda ucaldılmış abidəsinin müəllifi, Əməkdar rəssam Rəşad Ələkbərov deyib.
O, heykəlin hazırlanmasında təxminən 30 nəfərin iştirak etdiyini bildirib:
"Nəsiminin heykəlinin hazırlanmasına beş il sərf olunub. Müasir üslubda ərsəyə gətirilən heykəlin hazırlanmasında 30 nəfərə yaxın peşəkar komanda işləyib. Bu, belə bir üslubda hazırlanmış ilk heykəldir".(Report)
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0