“Qəvvas” romanının təqdimatı oldu

Apr 11, 2026 - 21:34
 0  8
“Qəvvas” romanının təqdimatı oldu

Yazıçı İlham Əzizin müəllifi olduğu “Qəvvas” romanının təqdimatı olub.

YAZİCİ.AZ xəbər verir ki, “Park” nəşriyyatının təsisçisi, şair Şəhriyar del Geraninin moderatorluğu ilə keçirilən tədbirdə tanınmış yazıçılar, ictimai-siyasi xadimlər, media nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak ediblər.

Şəhriyar del Gerani “Qəvvas” romanının strukturu, dil-üslub xüsusiyyətləri, bədii məziyyətləri barədə söhbət açıb, romanın məhz “Park” nəşriyyatında çap olunmasının əhəmiyyətindən bəhs edib.

O qeyd edib ki, nəşriyyatda çap olunan ilk romanın təqdimatının nəşriyyatın 1 yaşına təsadüf etməsi əlamətdardır.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, “Teleqraf” İnformasiya Agentliyinin rəhbəri Aynur Camal, yazıçı Şərif Ağayar, şair, esseist Qismət Rüstəmov və digər qələm adamları çıxış edərək, İlham Əzizin yaradıcılığı barədə fikirlərini bölüşüblər, yeni roman barədə müəllifi təbrik ediblər və yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, romanın mərkəzində öz təbiətindən uzaq düşmüş bir insanın qayıdışı dayanır: yad məkanların sərt sınaqlarından keçərək o, nəhayət, özünə və kökünə dönməyə məcbur olur. Bu qayıdış sadəcə fiziki deyil, həm də mənəvi bir hesabatdır - keçmişin kölgələri ilə üzləşmə və daxili təmizlənmə cəhdidir. “Qəvvas” romanı insanın mahiyyəti ilə taleyi arasındakı gərgin qarşıdurmanı incə psixoloji çalarlarla açır. Roman insanın bəlalar içində saflaşaraq yenidən doğulmasını, özünü tapmasını təsirli şəkildə təqdim edir.

Xatırladaq ki, romanın redaktoru Şəhriyar del Gerani, korrektoru isə Nihat Pirdir.(APA)

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0