Şair-publisist Kamalə Abiyeva ilə görüş təşkil edilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında şair-publisist Kamalə Abiyeva ilə görüş keçirilib.
Kitabxanadan YAZİCİ.AZ-a bildirilib ki, tədbirdə şəhid ailələri, qazilər, şəhid Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Elmi Cəmiyyəti və tələbələri, Cahangir Cahangirov adına xorun solistləri və şairin yaxınları iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Mərkəzi Kitabxananın direktoru Jalə Əliyeva Kamalə Abiyevanın həyat yolundan və poetik nümunələri haqqında məlumat verib.
Tədbir zamanı şairin yaradıcılığı haqqında çıxışlar edilib, şeirləri səsləndirilib, həmçinin sözlərinə bəstələnmiş mahnılar ifa edilib.
"Məktəb illəri", "Yağış", "Bakı haqqında nağıl", "Bu dünyanı nağıl bilək" və başqa sevilən nəğmələrin sözlərinin müəllifi olan Kamalə Abiyeva iştirakçıların suallarını cavablandırıb, maraqlı görüş üçün hər kəsə öz minnətdarlığını bildirib.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0