Şəki Teatrı "Gəlinlər"i təqdim edəcək
Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi yazıçı, ssenarist və dramaturq Mirzəağa Atəşin “Gəlinlər” komediyası əsasında hazırlanmış eyniadlı tamaşanı aprelin 5-də yenidən teatrsevərlərə təqdim edəcək.
Bu barədə YAZİCİ.AZ-a teatrın Repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib.
Qayınana-gəlin problemindən bəhs edilən səhnə əsərində üç gəlini tərəfindən qəbul edilməyən Şərəf xanım bir fənd işlədir və gəlinlərin hamısının ona münasibəti dəyişir.
Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, bəstəkarı Xatirə Orucova, xoreoqrafı Elvin Nuridir.
Səhnə əsərində rolları Lalə Məmməd (Şərəf), Nərmin Abbasova (Xavər), Fərahim Fətəliyev (Fikrət), Sənubər İsrafilova (Əsmər), İlkin Rüstəmov (Nahid), Arzu Mustafayeva (Dilbər) və Rəsul Məmmədrəhimov (Akif) ifa edirlər.
Tamaşa aprelin 5-də saat 17:00-da nümayiş olunacaq.