Türkiyədə Gülnar Səmanın kitabı çap olundu
Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Nar” adlı şeirlər kitabı Türkiyədə işıq üzü görüb.
YAZİCİ.AZ xəbər verir ki, “Liz yayınları”nda nəşr olunan kitabın nəşriyyat redaktoru Ramazan Seydaoğludur (Karataş). Kitabın üz qabığının rəssamı Nəvai Metindir.
Əsasən lirik şeirlərdən ibarət olan kitab müəllifin 40 illik yubileyinə töhfədir. “Nar”dan (2026) on il əvvəl müəllifin otuz illiyində “Gül” (2016) kitabı çap olunmuşdu.
Ümumiyyətlə, Gülnar Səmanın indiyədək dörd şeir kitabı nəşr edilib. İlk kitabı məktəbdə oxuyarkən yayımlanmış “Mən sehrli səmayam” (2001) kitabıdır. İkinci kitabı isə ondan on il sonra nəşr edilmiş “İçimdəki söhbətlər”dir (2011).
Kitabda müəllifin son illərdə yazdığı müxtəlif mövzularda şeirləri toplanıb.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0