Etibar Əbilovdan İcra başçısına təşəkkür: Atamın xatirəsini həmişə əziz tutursunuz

Apr 12, 2026 - 08:58
Apr 13, 2026 - 12:36
 0  6
Etibar Əbilovdan İcra başçısına təşəkkür: Atamın xatirəsini həmişə əziz tutursunuz

Neftçala Rayon İcra Hakimiyyətinin başcısı Mirhəsən Seyidova

Hörmətli Mirhəsən müəllim.

Bu ayın 9-da atamın anım günü idi. Bilirəm ki, bir İcra başçısı olaraq hər gün nə qədər vacib, təxirəsalınmaz işləriniz olur. Məhz belə gərgin iş qrafikinizə baxmayaraq həmin gün Siz, Milli Məclisin deputatı Tənzilə xanım Rüstəmxanlı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftcala Rayon təşkilatının, hüquq -mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümaydələri və ağsaqqallar- atamın məzarı üstünə gəldiniz.

Həm atamın, həm anamın,həm də oğlumun məzarları üzərinə gül dəstələri düzdünüz. Sonra atamın məzarı üstündə onun həyatı, yaradıcılığı və fəaliyyəti barədə duyğusal bir çıxış etdiniz. Mən qısa cavab çıxışımda bildirdim ki, Sizin atamın xatirəsinə olan bu sayğınızı mən, atamın şəxsində mərhum Neftçala ziyalılarının ruhlarına olan ehtiram kimi qəbul edirəm...

Ümumiyyətlə Siz, atamın xatirəsini həmişə əziz tutursunuz. Dəfələrlə, Sizin iştirakınızla Neftçalada keçirilən müxtəlif iclaslarda atamı hörmətlə xatırlamanız, onun ailəsi tərəfindən həmişə minnətdarlıq hissi ilə qarşılanır.

Bundan başqa Siz neçə dəfələrlə rayonumuza gələn və atamı tanıyan respublikamızın tanınmış şəxsləri ilə birlikdə atamın evini ziyarət etmisiniz.

Həmçinin qardaşım Azər Turana diqqət və qayğınızı da burada qeyd etmək istəyirəm. Azərin 60 yaşı tamam olanda bilavasitə Sizin təşəbbüsünüzlə, Neftçaladakı Heydər Əliyev mərkəzində təntənəli yubiley mərasimi keçirildi...

Mən özüm 2022-ci ildə "Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi" tərəfindən "Altın Yıldız madalya sı"na layiq görüləndə də məni ilk təbrik edənlərdən biri Siz oldunuz. Məni İcra Hakimiyyətində qəbul edərək təbrik etmənizi də minnətdarlıqla xatırlayıram.

Hörmətli Mirhəsən müəllim.

Atamın xatirəsinə və ailəmizə olan diqqət və qayğınıza görə Sizə ailəmiz adından dərin təşəkkürümü bildirirəm.

  Hörmətlə : Etibar İmamverdi oğlu Əbilov.

                  12 aprel 2026.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0