Azərbaycan IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında

Okt 15, 2026 - 07:00
Okt 15, 2026 - 01:53
 0  9
Azərbaycan IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında

Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında ( Festivalul Internațional de Proză „Quadrat”) ölkəmizi yazıçı Ulucay Akif təmsil edəcək.

Yazici.az xəbər verir ki, tədbir çərçivəsində festivalın əsas nəşri sayılan “Quadrat” jurnalının xüsusi antologiya nömrəsində yazıçının “Nərgiz” hekayəsi rumın dilində oxuculara təqdim olunub.

15–18 oktyabr tarixlərində təşkil olunan mötəbər ədəbi forum Moldova Respublikasının Mədəniyyət Nazirliyi, Rumıniya Mədəniyyət İnstitutu, Kişineu “Mihai Eminescu” Mədəniyyət İnstitutu, Yaş Bələdiyyəsi, eləcə də Moldovanın Yazılı Mədəniyyət Fondunun dəstəyi ilə baş tutur. Festivalın direktoru tanınmış moldovalı yazıçı Nikole Spetarudur. Festivala dəstək olan şəxslərdən biri də həmyerlimiz tanınmış ictimai xadim, iş adamı Vüqar Novruzovdur.

Rumındilli ədəbi xəritədə xüsusi çəkiyə malik olan Beynəlxalq “Quadrat” Nəsr Festivalı ilk dəfə 2018-ci ilin noyabrında Moldova Yazıçılar İttifaqı və Mədəniyyət Fondunun təşəbbüsü ilə təsis olunub. Ölkədə müasir roman və hekayə janrının inkişafını, xarici ədəbi mühitlərlə birbaşa əlaqələri təşviq etmək məqsədi daşıyan layihə ilk buraxılışından etibarən beynəlxalq status qazanıb.

Tədbirdə Azərbaycanla yanaşı Türkiyə (Aykut Ərtoğrul, Ömər Məhmətoğlu), Ukrayna (Volodimir Danilenko), Rumıniya (Luçian Dan Teodoroviç, Aurel Maria Baros, Simona Modreanu), Macarıstan (Attila F. Balaj), Slovakiya (Zuzana Kuqlerova), Şimali Makedoniya (Aleksandar Prokopiyev), İtaliya (Lilia Biçek-Zanardelli) və İspaniyadan (Xesus del Serro) olan ədəbiyyat xadimləri iştirak edirlər.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru