Daşkənddə Azərbaycan nağıllarının təqdimatı olacaq
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” şüarı altında “Azərbaycan nağılları” və “Özbək nağılları” kitablarının təqdimatı keçiriləcək.
Bu barədə YAZİCİ.AZ-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat veürilib.
Nəşrlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə layihəsi əsasında hazırlanıb. Azərbaycan nağılları özbək dilinə, özbək nağılları isə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.
Kitablarda Azərbaycan və özbək xalqlarının xalq və müəllif nağılları yer alır. Nağıllarda xeyir və şər, dostluq, dürüstlük və zəhmət kimi dəyərlər bədii süjetlər vasitəsilə təqdim olunur.
Təqdimat çərçivəsində Özbəkistandakı Respublika Uşaq Kitabxanasında Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi guşənin açılışı nəzərdə tutulur.
Qeyd edək ki, bu kimi layihələr uşaqlar arasında mütaliə marağının artırılmasına, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına və Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0