Qazaxda kitab sərgisi keçiriləcək
İyunun 20-21-də Qazax şəhəri, Mədəniyyət Mərkəzində Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş I Qazax Kitab Sərgisi baş tutacaq.
YAZİCİ.AZ xəbər verir ki, kitab sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Mədəniyyət Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə keçiriləcək.
"BP"nin dəstəyi ilə keçirilən sərgi iki gün boyunca Qazax bölgəsinin kitabsevərləri üçün görüş nöqtəsinə çevriləcək. Müəlliflər, nəşriyyatlar, oxucular və uşaqlar eyni məkanda bir araya gələcək, kitabların yaratdığı xüsusi ab-havanı birlikdə yaşayacaqlar.
10:00-19:00
Qazax şəhəri, Mədəniyyət Mərkəzi
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0