Şair Ələsgər Əlioğlu vəfat edib
Tanınmış şair Ələsgər Əlioğlu 73 yaşında vəfat edib.
YAZİCİ.AZ xəbər verir ki, o, qəfil ürək tutmasından dünyasını dəyişib.
Bir çox məşhur uşaq şeirlərinin müəllifi olan Ələsgər Əlioglu 1953-cü ildə Goranboy rayonu Xan Qərvənd kəndində anadan olub. Gənclik illərindən yaradıcılıqla məşğul olub.
1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Sovet illərində 5, müstəqillik dönəmində isə 7 kitabı işıq üzü görüb.
Şeirləri bir çox xarici dillərə- belarus, rus, özbək və türk dillərinə tərcümə olunub.
2016-cı ildə bir illik prezident təqaüdünə layiq görulüb.
Allah rəhmət eləsin.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0