Səməd Vurğunun 120 illiyinə yeni kitab çap olundu

İyl 22, 2026 - 16:52
İyl 22, 2026 - 16:53
 0  10
Səməd Vurğunun 120 illiyinə yeni kitab çap olundu

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tanınmış publisist, politoloq və çoxsaylı tədqiqat kitabının müəllifi Reyhan Mirzəzadənin yeni kitabı çapdan çıxıb. Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilən nəşr "Böyük amallar və arzular şairi" adlanır.

YAZİCİ.AZ xəbər verir ki, kitabda böyük şairimiz Səməd Vurğunun həyat və yaradıcılığından, eləcə də onun ömür səhifələrindəki indiyədək məlum olmayan faktlardan bəhs edilir.

Yeni nəşrdə Səməd Vurğunun dünya mədəniyyəti xəzinəsindəki xüsusi yeri, vətəndaş cəsarəti və bəşəri ədəbiyyata verdiyi yüksək dəyər geniş təhlil olunur. Bununla yanaşı, 1941–1945-ci illərdə alman faşizminə qarşı mübarizədə Vurğun poeziyasının qüdrətli təsir gücü, şairin fədakar fəaliyyəti, əbədi dostluq əlaqələri və müxtəlif xalqlara, millətlərə məxsus görkəmli şəxsiyyətlərin şair haqqında arxiv mənbələrində əksini tapan maraqlı xatirələr yer alıb.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0