Təpələr üstündə oynayır nəvələr - İlyas Tapdığın uşaq şeirləri
Yazici.az ədəbiyyat portalı İlyas Tapdığın uşaq şeirlərini təqdim edir.
DƏVƏLƏR
Nənənin evində gəbə var.
Gəbənin üstündə
dəvə var,
Dəvənin belində
təpə var,
Təpənin üstündə
nəvə var.
Dəvənin yunundan toxunur gəbələr,
Dəvənin üstündə dayanır təpələr,
Təpələr üstündə oynayır nəvələr.
EVİM VAR
Taxçası boğça-boğça.
Taxçaları tağlıdır,
Boğçaları bağlıdır,
Bir çinidir axçası,
Yox qapısı-bacası...
Tapmaq üçün əlləşdi.
İlqar dedi: – Gülnara,
Bu ev oxşayır nara!
Taxçası boğçalıdır,
Boğçası axçalıdır.
Taxçasını açmışam,
Boğçasını açmışam.
Baxmışam bacasından,
Yemişəm axçasından –
Şirini var, turşu var,
Belə deyib atalar:
Ətindən kabab olmaz,
Qanından kasa dolmaz.
Beşcə yaşı var
Hələ Turalın,
Amma nə qədər
Çətin sualın
Cavablarını
Bilir əzbərdən.
Qəribə sözlər
Uydurur hərdən.
Bir kəlmə “miyoş”
Ad verib Tural.
Evə bir kirpi
“Tikanlı qonaq”
Gətirib Tural.
Nənə bu kirpi
Yumru yumaqdır.
Turala bundan
Anası corab
Toxuyacaqdır...
Öyrənir çoxlu
Heyvan adları;
Ən çox bəyənir
Köhlən atları;
Deyir: özümə
Bir at alacam!
Böyüyüb mən də
Çapar olacam!..
Kor bikarçılıq
Uddu bir günü.
Heyif, bir günüm
Ötdü mürgülü.
Gördüm xәzәldәn
Günüm yüngüldü.
Günü gün vurdu —
Yandı: gün güldü...
Yazıb ömrümә
«Gün qayıbını»,
Gecә «gül günün»
Örtdü eybini.
Bu gün әlimdә
Dәn tutdu günüm,
Dünәnki dәrdi
Unutdu günüm.
Günüm ovcumda
Bir dolu sünbül—
Bu günün adı
Qoy olsun: gün gül.
Gün gülsә—kimin
Könlünә yatmaz?
Qayıbsız keçsә
Günә gün çatmaz.
Bir çәpişim var,
Oyun çıxarır.
Gәlir eyvana—
Keçir yuxarı.
Evdә dibçәyi
Başıyla salır,
Söyüdә çıxır—
Budaqda qalır.
Baxıb ağacdan
Mәr-mәr mәlәyir.
Babam nәrdivan
Gәtirib deyir:
—Özün başına
Gәtirdin kәlәk,
Әlindәn gәldi
Ancaq mәlәmәk!
Baxmadın, dәcәl,
Sözә, öyüdә;
Atılıb çıxdın
Özün söyüdә.
Di gәl düş yerә,
Bax dәyәnәyә,
Buynuzlarını
Salma tәnәyә...
Qaçıb ağacla,
Daşla az çәkiş.
Yağlı dәyәnәk
Yeyәrsәn, çәpiş.
Qonşumuzda var
Bir Şükür oğlan,
Tapılmaz daһa
Belә kür oğlan.
Nәyi istәsә
Gәrәk alalar.
Almadılarsa
Oyaq qalalar,
Ağlayıb Şükür
Elә dünәn dә,
Çöldә oynayıb
Evә dönәndә,
Nolar özgәdә
Görәndә fәnәr?
Sonradan evdә
Ağlamaq kimin
Ağlına gәlәr?
Kimin ağlına
Gәlәr, gәlәr ki,
«Fәnәr» yerinә
«Fәnә» deyәsәn?
«Fәnәri mәnә
Mәnә» deyәsәn?
Kimin ağlına
Gәlәr, gәlәr ki,
Fәnәr istәyib
Yemәkdәn küsә,
Şükür ac dura?
Anasına da
Sәһәri diri
Gözlü açdıra.
Sәһәrәcәn ağlamaq
Bu ki, düzü ağ olar!
Deyir һәtta bir uşaq:
Belә dә uşaq olar!..
İndi ana nә etsin?
Gecәnin gecә vaxtı
Kimin üstünә getsin?
Kimdәn fәnәr istәsin?.
Yox yerdәn işә düşdu,
Gecәni darda qaldı.
Yaxşı ki, köһnә fәnәr
Qonşularda tapıldı?
Şükür oğlan kiridi,
Bu kür oğlan kiridi...
Anasa
Bütün günü
Mürgülәdi işindә,
Qorxdu ki, birdәn yatar...
Uşaq hәr gördüyünü
Alın! Deyib ağlasa,
Ananın dәrdi artar.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0