Yazıçı Yusif Şükürlünün "Azan güllə" kitabı işıq üzü gördü
İstedadlı yazıçı Yusif Şükürlünün "Azan güllə" kitabı çapdan çıxıb.
Yazici.az xəbər verir ki, kitabda XX əsrin 70-ci illərində ədəbiyyata gələrək Şəkidə yazıb-yaradan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış fizik alim Yusif Şükürlünün bədii və elmi təfəkkürünün sintezindən yaranan şeirlər, roman, povest və hekayələri toplanıb.
Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, tərtibçisi və ön söz müəllifi filologiya elmləri doktoru, dosent Kamil Adışirinov, rəyçiləri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri, pedaqogika elmləri doktoru, professor Firədun İbrahimovdur.
Kitab AMEA-nın "Elm" nəşriyyatında nəfis tərtibatla nəşr olunub.
Qeyd edək ki, Şəki ədəbi mühitinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Yusif Şükürlü bu ilin aprelin 28-də 78 yaşında vəfat edib. O, 2025-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan elminin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
1
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0