Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri çapdan çıxıb

Sen 29, 2026 - 15:24
 0  11
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri çapdan çıxıb

Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü Dəyanət Osmanlının “Qələmin gözüylə (seçilmiş məqalələr)” və “Osmanlıda Validə sultanlar” adlı tarixi-publisistik kitabları “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Yazici.az xəbər verir ki, “Qələmin gözüylə” kitabında müəllifin müxtəlif illərdə yazdığı ədəbi, ictimai məzmunlu qeyri-səlis düşüncələr, esselər, ədəbi-tənqidi məqalələr müsahibə və açıqlamalardan seçmələr verilib.

Nəşrin redaktorları filologiya üzrə fəlsəfə doktoru İ.Abdullayeva və Əməkdar jurnalist R.Faxralıdır.

Dəyanət Osmanlının digər kitabı “Osmanlıda Validə sultanlar” tarixi qaynaqlara əsaslanır. Burada türk cəmiyyətində ailə və qadının rolu, padşahların anaları və xanımları, Osmanlı dövlətində validə sultanlıq dönəmi haqqında ətraflı materiallar yer alıb. Kitabın məsləhətçisi akademik N.Cəfərov, redaktoru İ.Abdullayevadır.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru