Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası oynanılacaq

Sen 25, 2026 - 19:36
 0  5
Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası oynanılacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası oynanılacaq.

Teatrdan Yazici.az-a bildirilib ki, tamaşa Prezident mükafatçısı Samir Qulamovun eyniadlı pyesi əsasında və quruluşunda hazırlanıb.

Səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır.

"Bir nəfəs qədər"də Əməkdar artist Nahidə Orucova, aktyorlar Əmrah Dadaşov, Gülnarə Abdullayeva, Gülcahan Salamova, Ofeliya Novruzqızı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Murad Əliyev, Əli Kərimov, balet artistləri Məhəmməd Abdullayev və Jamila Mansurova iştirak edəcəklər.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru