Filmdən poeziyaya: yeddi qadının hekayəsi

Okt 16, 2026 - 21:01
 0  4
Filmdən poeziyaya: yeddi qadının hekayəsi

Ramil Əhmədin "Yeddi kölgə" adlı yeni şeir kitabı nəşr olunub.

Yeddi Azərbaycan filmi, yeddi qadın obrazı, yeddi şeir...

Yazici.az xəbər verir ki, müəllif milli kinonun yeddi fərqli qadın obrazına yeddi poetik güzgü tutur. Hər şeir bir qadının dünyasına səyahətdir. Ekrandan poeziyaya köçən bu qadın talelərində sevgi, tənhalıq, səssizlik, itki, gözlənti və cəmiyyətlə münasibət yeni poetik məna qazanır.

“Yeddi oğul istərəm”, “Bir cənub şəhərində”, “Dəli Kür”, “Sahilsiz gecə”, “Özgə vaxt”, “Günaydın, mələyim” və “Nabat” filmlərinin qadınları bu kitabda yenidən düşünülür, onların görünən və görünməyən dünyası şeirin dili ilə açılır.

“Yeddi kölgə” Azərbaycan kinosuna poeziyanın yaddaşından baxır.

Kitab Nebula nəşriyyatında nəşr olunub.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru