Ərin gözəlliyi - Bu ilin Nobel laureatından esse

Okt 8, 2026 - 18:46
 0  23
Ərin gözəlliyi - Bu ilin Nobel laureatından esse

ƏRİN GÖZƏLLİYİ

(Fraqment)

“Hər yara öz işığını saçır”, -

deyirlər cərrahlar.

Bütün lampaları söndürsəniz evinizin,

sarıya bilərsiniz yaranızı

 içəridən işıq saçan bir şeylə

Bu ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureat, kanadalı şair, esseçi və tərcüməçi Enn Karson sərbəst vəzndə qələmə aldığı “Ərin gözəlliyi” mənzum romanını “29 tanqoda uydurma esse” adlandırır. Çünki həm uğursuz evliliyin hekayəsini fövqəladə və dərin təsirli bir dillə izah edən hekayədir, həm də Platon, Bataill, Levi-Strauss və Heyzinga kimi mütəfəkkirlərə istinad edərək Kitsın məşhur “gözəllik həqiqətdir” deyimini dərindən əks etdirən ciddi essedir.

 

GÜNAH DAMCILARI KİMİ

Əksər arvadlar kimi, mən də ərimi tanrı səviyyəsinə qaldırıb və orada saxladım.

Güc nədir?

Ən yaxşı halda, dostların və ya ailənin etirazları olsa-olsa onu gücləndirir.

Anamın onunla ilk görüşünü xatırlayıram.

Məktəbdən evə gətirdiyim kitabın ilk səhifəsində yazılmış adına baxanda,

belə dedi

Özünü X adlandıran adama güvənməzdim - və

səsində bir şey aşkar oldu,

bir Babil

girdi aramıza, tərcümə etməyi

heç vaxt öyrənə bilməyəcəyimiz

pas dadı.

Peyğəmbərlik.

Bütün peyğəmbərlikləri doğru çıxdı anamın

İstəmədən də olsa.

Neyləyə bilərik, adı belədir, dedim və kitabı qoydum.

Həmin gecə ilk dəfə (on beş yaşında idim)

Cırıltıyla qaldırdım yataq otağımın pəncərəsini və

çıxdım onunla görüşmək üçün.

səhərəcən çay yatağında gəzdik, əynimizdə islaq paltar

və etiraflar

“ağılda yeganə və ilk” olan bir dillə edilib.

Çaşqın-çaşqın durdum qarşısında

köhnə zərlərinin və xoş mavisinin ekstazını seyr etdim

Tanrının boş mətbəxində qəfəslərindən çıxan tovuzquşları kimi.

Tanrı

və ya bəxtli kral. Napoleon. Xiroxito.

Bilirsən romançı Oe necə təsvir edir

Xiroxitonun radioda danışmasını bir fani kimi.

“Böyüklər radionun ətrafında oturub ağladılar.

Uşaqlar tozlu yollarda toplaşıb heyrətlə pıçıldaşdılar.

Çaşmış,

qəm-qüssəyə batmışdılar mperatorlarının səslə danışdığı üçün.

Bir-birlərinə səssizcə baxdılar,

Necə inanmaq olar Tanrının

İnsana çecrildiyinə bir yay günü?”

Evliliyimizdən bir il keçməmiş di ki,

həyat yoldaşıma

gecənin girt yarısı bir qadın zənglər çalmağa başladı.

Telefon dəstəyini götürəndə,

o, dəstəyi qoyurdu. Qulaqlarım qıcıqlanırdı.

Necəsən?

–

Xeyr.

–

Bəlkə. Səkkiz. Ola bilər?

–

Ağ rəngli, bəli.

–

Bəli.

Dəri ​​divarlarında qulaqlarımın

xəyanət səsi qədər ehtiraslı, bilinməyən, qatil, ləzzətli nə var,

saatın tıqqıltısından daha yeknəsəq nitqlə örtülüb.

Küçük

belə öyrənir qulaq asmağı. Canı yana-yana.

Oe deyir ki,

müharibə bitəndə imperatorun göz yaşlarını

öz əli ilə siləcəyini söyləyib, uşaqların çoxuna,

bəziləri buna inanıb.

Türkcədən çevirəni: Nəriman Əbdülrəhmanlı

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru