İsa İsmayılzadənin Söz həsrəti..
Yaxın günlərdə altmışıncılar ədəbi nəslinin istedadlı sıra nəfəri, görkəmli şair, publisist, tərcüməçi, redaktor, təəssübkeş ziyalı və vətəndaş İsa İsmayılzadənin (1941-1997) anadan olmasının 85 illiyinə həsr edilmiş “İsa İsmayılzadə: Söz həsrəti” kitabı işıq üzü görəcək.
Yazıçı Ədəbiyyat Portalı xəbər verir ki, topluda şairin poetik və publisistik irsindən seçmələr, tanınmış qələm sahiblərinin onu əsərləri haqqında məqalələri və xatirələri, şairin dialoqları, torpaq övladı və ailə başçısı kimi özünəməxsus portret cizgiləri, eləcə də ona həsr edilmiş şeirlər toplanıb
Kitabı yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib edib və nəşrə hazırlayıb, rəyçi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktoru şair Nurafiz, məsləhətçi Araz İsmayılzadədir.
Xatırladırıq ki, aprelin 30-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda İsa İsmayılzadənin yubileyi qeyd olunacaq, həm də kitabın təqdimatı keçiriləcək.