Nəriman Əbdülrəhmanlı Rollan Seysenbayevin 80 illik yubileyinə dəvət alıb

Sen 26, 2026 - 12:11
 0  15
Nəriman Əbdülrəhmanlı Rollan Seysenbayevin 80 illik yubileyinə dəvət alıb

Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı müasir qazax ədəbiyyatının canlı klassiki, görkəmli nasir və esseist Rollan Seysenbayevin oktyabrın 14-17-də qeyd ediləcək 80 illik yubiley tədbirlərinə dəvət alıb.

Yazici.az xəbər verir ki, Nəriman Əbdülrəhmanlı Abayın “Qara kitab”, Kemel Tokayevin “Gecə açılan atəş” “Qazax nəsri antologiyası ilə yanaşı, R.Seysenbayevin “Dünyanın çökdüyü gün” nəsr toplusunu dilimizə çevirib və qazax ədəbiyatı qarşısında xidmətlərinə görə Qazaxstan Prezidenti K.-J.Tokayevin sərəncamı ilə “Dostık” (“Dostluq”) ordeni və TÜRKSOY-un “Abay-175” xatirə edalı ilə təltif edilib.

Görkəmli söz ustasının yubileyi oktyabrın 14-17-də vətəni Semey (keçmiş Semipalatinsk) vilayətinin mərkəzində və doğulduğu Jidebay aulunda gerçəkləşəcək, kitablarının təqdimatı, oxucularla görüşü keçiriləcək

Xatırladırıq ki, R.Seysenbayev Semey Texnologiya İnstitutunda təhsil alıb (1969). Bir müddət vilayət qəzetində, radio və televiziya komitəsində, ictimai təşkilatlarda çalışıb, Moskvada Ali Ədəbiyyat Kurslarını bitirib (1977), 1975-1991-ci illərdə SSRİ Yazıçılar İttifaqında qazax ədəbiyyatı üzrə məsul katib işləyib, 1994-1996-cı illərdə Qazaxstan Respublikası Prezidentinin köməkçisi olub. Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti yanında Dünya Xalqları Ədəbiyyatı İnstitutunun direktoru (2012), mərkəzi Londonda yerləşən “Abay Evi”nin (1995), Beynəlxalq Abay klubunun yaradıcısı (2000), “R.S.” Nəşriyyat Evinin rəhbəri və “Amanat” ədəbi jurnalının təsisçisi (2012), Ümumdünya Mədəniyyət və İncəsənət Akademiyasının üzvüdür (1995).

O, 60-cı illərin ortalarından başlayıb. “Yanğı” (1975), “Son qar” (1978) hekayə topluları, “Qaçış” (1985), “Dekabr günləri” (1986), “Yaşamaq istəyirsənsə” (1986), “Azmış fəryad” (1986), “Heçliyə pilləkən” (1987), “Şeytan taxtı” (1988), “Gecə səsləri” (1988), “Dünyanın dağıldığı gün” (1990), “Şərəf” (1996), “Səhranın sərgərdan ölüləri” (2006), “Bircə gecə” (2009) və s. romanları dünyanın bir çox dillərinə çevrilib, pyesləri teatrlarda tamaşaya qoyulub.

R.Seysenbayev keçmiş SSRİ-nin, Qazaxstanın və bir sıra ölkələrin dövlət təltiflərinə, mükafatlarına, İspaniyanın M. de Servantes, ABŞ-ın M.Tven və bir çox digər milli və  beynəlxalq mükafatlara layiq görülüb.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru