Qaxda kitab sərgisi keçiriləcək

May 26, 2026 - 22:39
May 26, 2026 - 22:41
 0  18
Qaxda kitab sərgisi keçiriləcək

I Qax Kitab Sərgisi keçiriləcək.

YAZİCİ.AZ xəbər verir ki, Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə I Qax Kitab Sərgisi 30-31 may tarixlərində İçəri Bazarda baş tutacaq.

BP və SİMART-ın dəstəyi ilə keçirilən sərgi iki gün boyunca Qaxı kitabsevərlərin görüş nöqtəsinə çevirəcək. Sərgidə müəlliflər, nəşriyyatlar, oxucular və uşaqlar eyni məkanda bir araya gələcək, kitabların yaratdığı o xüsusi abu-havanı birlikdə yaşayacaqlar.

🗓 30-31 may

🕙 10:00 — 19:00

📍 İçəri Bazar, Qax

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0