Qazaxıstan Prezidenti azərbaycanlı alimi təltif etdi
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı ədəbiyyatşünas, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi Məti Osmanoğlunu “Altın Bars” döş nişanı və Fəxri Təşəkkürnamə ilə təltif edib.
YAZİCİ.AZ xəbər verir ki, dövlət başçısının şəxsi diqqətinin və minnətdarlığının rəmzi olan “Altın Bars” döş nişanı, adətən, elm və mədəniyyət sahələrində, eləcə də xalqlar arasında mənəvi birliyin qorunmasında müstəsna xidmətləri olan ziyalılara təqdim olunur.
Qardaş ölkənin dövlət başçısının yüksək təltiflərini Məti Osmanoğluya Qazaxıstan Prezidentinin ölkəmizdə səfərdə olan müşaviri Malik Otarbayev BDU-nun professor-müəllim heyəti ilə keçirdiyi görüş zamanı təqdim edib.
Prezident Kasım-Jomart Tokayevin Məti Osmanoğluya ünvanlandığı Fəxri Təşəkkürnamədə deyilir:
"Siz uzun illər boyu ədəbiyyatşünaslığın aktual məsələlərini dərindən araşdıran görkəmli alim kimi tanınırsınız. Azərbaycan və türk xalqlarının bədii söz sənətində varisliyi hərtərəfli təhlil edən əsərlərinizlə qazax şair və yazıçılarının yaradıcılığının təbliğ olunmasına mühüm töhfələr verməkdəsiniz. Qardaş ölkələrimizin mənəvi və mədəni əlaqələrinin möhkəmləndirilməsi yolundakı səmərəli əməyinizə görə Sizə təşəkkürümü bildirirəm". (kulis.az)
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0