Qazaxıstanlı gənc yazarlar Sumqayıt Poeziya Evində olub

İyl 20, 2026 - 17:11
 0  39
Qazaxıstanlı gənc yazarlar Sumqayıt Poeziya Evində olub

Bu günlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən ənənəvi “Vaqif Poeiya Günləri”ndə iştirak etmək üçün Azərbaycana gələn Qazaxıstan Yazıçılar Birliyinin aparat rəhbəri, şair Yedilbek Düsen və birliyin mətbuat katibi, şair-tərcüməçi Alikhan Mahaş Sumqayıt şəhər Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin və Dünya Gənc Türk Yazarları Birliyi Ekspert Şurasının rəhbəri, Əli Kərim adına Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı ilə görüşüblər.

YAZİCİ.AZ xəbər verir ki, Yeni nəsil Qazax ədəbiyyatının gənc təmsilçiləri ilə görüşdə Azərbaycan və Qazaxıstan arasında ədəbi əlaqələrin daha da gücləndirilməsi, fərqli Türk Cümhuriyyətlərində yaşayan gənc yazarların bir araya gələrək ümumtürk ədəbiyyatının inkişafı üçün çalışmaları əsas mövzu olub. İbrahim İlyaslı gənc qazax yazarlarını Vaqif Poeziya Günləri çərçivəsində keçirilmiş “Sözün sabahı – Türk Dünyasının Gənc Şairlər Festivalı”nda TÜRKSOYun mükafatına layiq görülmələri münasibəti ilə təbrik edib və onlara yaradıcılıq uğurları diləyib. Qonaqlar Sumqayıt şəhəri ilə, eləcə də Sumqayıtdakı Poeziya Evinin fəaliyyəti ilə yaxından tanış olublar.

Qazaxıstanlı gənc yazarlar İbrahim İlyaslıya Şuşa səfərləri ilə bağlı heyrətamiz təəssüratlarını danışıblar, eləcə də Qazaxıstan Yazıçılar Birliyinin həyata keçirdiyi layihələr haqda ətraflı məlumat veriblər və səmimi görüş üçün öz təşəkkürlərini bildiriblər. İbrahim İlyaslı qonaqlara içərisində ünlü qazax şairlərinin şeirlərindən tərcümələrin də yer aldığı “Biz yolsuzlar deyilik” adlı yeni kitabını təqdim edib.

Görüşdə sumqayıtlı yazarlardan, Azərbaycan Yazıçılar Birliyinin üzvləri - şair Ehtiram İlham və Polad İbrahimoğlu iştirak ediblər.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0